İdman
"Mançester Yunayted" 5 il sonra bunu bacardı
İngiltərə Premyer Liqasının 29-cu turuna "Kristal Pelas" - "Mançester Yunayted" oyunu ilə yekun vurulub. Hesabda 2 top fərqi ilə geri düşən "qırmızı şeytanlar" əzmkar mübarizə nəticəsində oyundan 3:2 hesablı qələbə ilə ayrılıb.
Faciəvi şəkildə ölən futbolçuya BÖYÜK JEST
İki gün öncə faciəvi şəkildə dünyasını dəyişən "Fiorentina"nın kapitanı Devid Astori ilə bağlı formalarını geyindiyi klublar təqdirəlayiq addım atıb. "Fiorentina" və "Kalyari" klubları kapitanın forma nömrəsini əbədiləşdirib. Yeni qərara görə, artıq 13 rəqəmi bu klublarda heç bir oyunçuya verilməyəcək.
Qurbanov köməkçisini Türkiyəyə göndərdi - Budaka görə
Milli komandamızın baş məşqçisi Qurban Qurbanov köməkçisi Elçin Rəhmanovu Türkiyəyə göndərib. Gənc mütəxəssis yığmamızın üzvü Ufuk Budakın oyununu izləmək üçün qardaş ölkəyə yollanıb.
Ulduz futbolçudan qalmaqallı açıqlama - “Onun ölümünə üzülmürük”
PSJ-nin braziliyalı ulduzu Daniel Alveş 1 gün əvvəl otel otağında ölü tapılan italyan futbolçu David Astorinin ölümü ilə bağlı verdiyi açıqlama ilə hamını təəccübləndirib.
“Soyuq başla, isti ürəklə oynamalıyıq”
Bu gün Çempionlar Liqasının (ÇL) 1/8 final mərhələsinin cavab matçları start götürəcək. İlk oyun günündə diqqətlər daha çox Parisə yönələcək.
PSJ - "Real" görüşündə nələr baş verəcək? - Baş məşqçilər danışdı
Bu gün Çempionlar Liqasının 1/8 finalında görüşəcək PSJ ilə "Real"ın baş məşqçiləri oyundan öncə açıqlamalar verib. İspanların baş məşqçisi Zinəddin Zidan matçın penalti seriyasına qədər uzana biləcəyini istisna etməyib: “Komandalardan biri meydanı pis emosiyalarla tərk edəcək. Amma futbolda belə şeylər olur. Mən ancaq gözəl oyun istəyirəm. Çətin görüş olacaq. Bu çətinliyin öhdəsindən gəlməyi düşünürük. Sürprizlərə hazır olmaq və matça köklənmək lazımdır. 90 dəqiqə yaxşı oynamalıyıq. Bəlkə daha uzun oyun olacaq”.
"Real" Parisə bu heyətlə gedir
"Real"ın Çempionlar Liqasının 1/8 finalında PSJ ilə cavab oyunu üçün iştirak ərizəsi müəyyənləşib. Madrid təmsilçisi Parisə 24 futbolçu ilə gedir:
UEFA Kubokunda çıxış etmiş türk klubu həvəskar liqasına düşdü
Son illərədək Türkiyə Super Liqasında çıxış etmiş "Kayseri Erciyesspor" gələn mövsümdən Bölgənin Həvəskarlar Liqasında (BAL) mübarizə aparacaq. Bu, Kayseri komandasının Türkiyə III Liqasının 2-ci qrupunda "Diyarbakırspor"a 1:10 hesabı ilə məğlub olduqları oyundan sonra dəqiqləşib. "Mavi-qaralar" oteldə qalmağa pullarının olmaması səbəbindən oyun üçün yola gecə ilə avtobusla çıxdıqları bəlli olub. Kayseri təmsilçisi 10 saatlıq səfərdən sonra stadiona gələrək oyunun başlamasını gözləyib. Səhər saatlarında Diyarbakırın Şilbe İdman Kompleksinə çatan komandanı rəqib komandanın rəsmiləri görüb. Onlar qonaq komandanın bütün heyətini səhər yeməyinə qonaq ediblər.
"Beşiktaş"a "Bavariya" matçında AĞIR İTKİ
Türkiyənin “Beşiktaş” klubu Çempionlar Liqasının 1/8 final mərhələsində mübarizə apardığı “Bavariya” ilə cavab oyununa ciddi itki ilə çıxacaq. Komandanın bu mövsüm “Real”dan transfer etdiyi təcrübəli futbolçu Pepe ciddi zədə alıb. Onun Türkiyə kubokunun yarımfinal mərhələsi çərçivəsində keçirilən "Beşiktaş"-“Fənərbaxça” oyununda ayaq barmağı qırılıb. Bildirilir ki, Pepe 1 ay komandasına kömək edə bilməyəcək.
Erməni futbolçu ABŞ klubundan qovulur
Ermənistan millisinin və Rusiya "Spartak"ının sabiq futbolçusu Yura Movsisyan ABŞ-ın "Real Solt Leyk" klubundan göndərilə bilər. Buna klubun 30 yaşlı hücumçunu komandada görmək istəməməsi səbəb olub. Əsas heyətdən kənarda qalan təcrübəli forvardın hazırkı klubu ilə 2 illik müqaviləsi var. O, komandadan göndəriləcəyi təqdirdə, iki il ərzində ona veriləcək 4 milyon dolları almaq niyyətindədir.
Mövsümdə ikinci dəfə
Premyer Liqanın XVIII turu bütün komandaların qol vurması ilə diqqət çəkib. “Sumqayıt” - “Qarabağ” oyununda komandalar hərəyə 1 qol vurubsa, “Neftçi” “Qəbələ”ni, “Keşlə” - “Zirə”ni, “Kəpəz” “Səbail”i eyni – 2:1 hesabı ilə məğlub edib. Bütün komandaların qol sevinci yaşamasına mövsümdə 2-ci dəfə təsadüf olunur.
Makedoniyanın qapıçısı millimizlə oyunu buraxacaq
Martın 27-də Azərbaycan millisi ilə yoxlama oyunu keçirəcək Makedoniya yığması itki ilə üzləşib. Balkanlılar David Mitov Nilsonun xidmətindən məhrum olub. Buna səbəb İsveçin "Norçepinq" klubunda çıxış edən 27 yaşlı qolkiperin zədələnməsidi. Karyerası boyu xırda zədələrdən əziyyət çəkən Mitov növbəti dəfə xəsarət alıb.
Dünyanın ən məhsuldar futbolçusu müəyyənləşdi
Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) 2018-ci ilin ən yaxşı bombardirlərinin siyahısını açıqlayıb. Məlumata görə, siyahıda ilin arxada qalan iki ayı ərzində beynəlxalq qarşılaşmalarda ən çox qol vuranlar yer alıblar.
Məmmədyarov beynəlxalq turnirdə ikinci oldu
Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov Rusiyanın paytaxtı Moskvada Mixail Talın xatirəsinə keçirilən sürətli şahmat turnirində ikinci yeri tutub. Son qarşılaşmalarda 33 yaşlı qrossmeyster qara fiqurlarla israilli Boris Gelfand və rusiyalı Yan Nepomnyaşi ilə heç-heçə etsə də, ağ fiqurlarla digər rusiyalı Daniel Dubova uduzub.
Superliqada baş məşqçi istefası
"Konyaspor" baş məşqçi Mehmet Özdiləklə yollarını ayırıb. Buna səbəb komandanın uğursuz çıxış etməsidir. Superliqanın XXIV turunda doğma azarkeşləri önündə "Yeni Malatyaspor"a məğlubiyyət (0:1) rəhbərliyin səbr kasasını daşırıb. Nəticədə rəhbərlik təcili iclas keçirərək, Özdiləki qovmaq qərarına gəlib.














