İdman
FİFA Türkiyə klubunu cəzalandırdı
FİFA Türkiyənin "Trabzonspor" klubunu cəzalandırıb. Dünyanın ali futbol qurumu Qaradəniz təmsilçisi ilə Slovakiyanın "Trençin" klubu arasındakı mübahisədə ikinciləri haqlı sayıb. Belə ki, "Trençin" 2016-cı ildə, Matus Beronun transferi zamanı "Trabzonspor"un kluba ödəmədiyi 250 min avroya görə FİFA-ya müraciət etmişdi.
Messi "Barselona"dan gedir?
Ötən yay 222 milyon avro ödəyərək Neymarı heyətinə qatan PSJ "Barselona"nı qorxuya salıb. Braziliyalı futbolçuya qədər dünyanın ən bahalı transferi Paul Poqba idi ki, fransalı ulduz "Yuventus"dan "Mançester Yunayted"ə 105 milyon avroya keçmişdi.
PSJ-nin almaniyalı ulduzundan ŞOK ETİRAF: “ÇL-dən ələnmək haqqımızdır”
İspaniyada futbol klubu 1 avroya satışa çıxarıldı
Qriqorçuk Tale Heydərov haqda: "O, çox xeyirxah işlər həyata keçirib"
"Bizim prezidentimiz Tale ilə mənim çox yaxınlığım yoxdu ki, o, mənə özü barədə nələrsə desin. Amma başqalarından prezidentimiz barədə eşidirəm. Bildiyim odur ki, gənc olmasına baxmayaraq, o, çox xeyirxah işlər həyata keçirib.
"Heç nə edə bilmədik" - Unai Emeri
"Real" bizdən daha yaxşı oynadı. Daha çox hücum etmək istəyirdik, amma birinci qol və qırmızı vərəqə şanslarımızı azaltdı. Rəqib növbəti mərhələyə keçməyə layiqdir". Bu sözləri PSJ-nin baş məşqçisi Unai Emeri Çempionlar Liqasının 1/8 finalında "Real"a 1:2 hesabı ilə uduzaraq mübarizəni dayandırdıqları matçdan sonra deyib.
"Mançester Yunayted" fransalı futbolçu ilə maraqlanır
"Mançester Yunayted" yarımmüdafiə xəttini gücləndirib. "Qırmızı şeytanlar" "Vatford" klubunun şərəfini qoruyan Abdulaye Dukure ilə maraqlanır.
Vaqner: "Almaniyanın ən yaxşı hücumçusuyam"
"Bayern Münhen"in hücumçusu Sandro Vaqner 2018-ci il dünya çempionatında iştirak etmək istəyir. 30 yaşlı forvard Bundestimin baş məşqçisi Yoahim Lövdən dəvət alacağına ümidlidir. "Diqqətimi öz oyunuma cəmləşdirmişəm. Başqalarının nə etməsinin mənə fərqi yoxdur. Son illər səylə çalışmışam və qollar vurmuşam.
Kasemirodan parlaq oyun, PSJ-dən mövsümün anti-rekordu
Çempionlar Liqasının 1/8 final mərhələsində keçirilən PSJ - "Real" matçında (1:2) futbolçuların fərdi statistikası açıqlanıb. Meydanda ən faydalı iş görən futbolçu qonaqların yarımmüdafiəçisi Karlos Kasemiro olub. Braziliyalı havbek 11 dəfə rəqibdən top alıb, onun 95% ötürməsi dəqiq olub. "Real"ın heyətində rəqibdən ən çox top alan Daniel Karvaxal olub - 16 dəfə. Onun ötürmə dəqiqliyi 73% təşkil edir. İspaniyalı müdafiəçi Di Maria ilə 4, Kilian Mbappe ilə 3 mübarizədən qalib ayrılıb.
Balotelli: "Alveş başsağlığı verib keçməli idi"
"Nitsa" klubunun hücumçusu Mario Balotelli PSG-nin müdafiəçisi Dani Alveşi tənqid edib. Mario braziliyalının Davide Astorinin vəfatı ilə bağlı açıqlamasından xoşlanmayıb. "Onun dedikləri yanlış deyildi.
27 yaşlı futbolçu karyerasını BİTİRDİ
“Leiçester Siti” komandasının İngiltərə Premyer Liqasının çempionu olmasında böyük pay sahibi olan futbolçu Riyad Maxrez professional karyerasına son qoyub. 27 yaşlı futbolçu bu barədə feysbuk hesabından açıqlama verib. O, bu qərarı həkimləri ilə məsləhətləşdikdən sonra qəbul etdiyini yazıb. Ancaq onun digər sosial media hesablarında bu məsələ barədə hər hansı yazı getməyib. Xəbərin təkcə feysbuk hesabından verilməsi futbolçunun şəxsi hesabına müdaxilə olunması şübhələrini ortaya qoyub. Diqqətçəkən məqam isə paylaşımın hələ də olduğu kimi qalmasıdır.
Zinəddin Zidan: "Qələbə çox önəmli idi"
"Oyunçularımı təbrik edirəm. Matçın əvvəlindən sonuna kimi yaxşı oynadılar. Belə bir çətin görüşdə qələbə çox önəmli idi". Bu sözləri "Real"ın baş məşqçisi Zinəddin Zidan Çempionlar Liqasının `1/8 finalında PSJ-yə 2:1 hesabı ilə qalib gəldikləri cavab matçından sonra deyib.
Üç ölkədən növbəti qazanc - UEFA reytinqi
Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab oyunları çərçivəsində baş tutan ilk 2 qarşılaşmadan sonra UEFA reytinqi açıqlanıb. Keçirilən görüşlər üç ölkənin xal hesabını dəyişib.
"Anortosis" Arazı birdəfəlik ala bilər
"Anortosis" millimizin futbolçusu Araz Abdullayevi birdəfəlik ala bilər. Kipr klubu rəhbərliyi və məşqçi heyətinin 25 yaşlı yarımmüdafiəçinin çıxışından razı olduğu və onun gələcəkdə komandaya kömək edəcəyi düşündüyü vurğulanıb.
AFFA “Neftçi” və “Qəbələ”ni cərimələdi
Bu gün AFFA-nın İntizam Komitəsinin iclası keçirilib. Yığıncaqda Azərbaycan Premyer Liqasının XVIII turunda baş verənlər müzakirə olunub.














