"Təəssüf ki, Reşford Mourinyonun rəhbərliyi altında oynayır"
"Ayaks" və "İnter"in sabiq baş məşqçisi Frank de Bur "Mançester Yunayted"in hücumçusu Markus Reşford haqqında danışıb. Holland mütəxəsis "BT Sport"un canlı efirində gənc forvardı tərifləyib.
12 Mart 2018 19:40 İdman"Ayaks" və "İnter"in sabiq baş məşqçisi Frank de Bur "Mançester Yunayted"in hücumçusu Markus Reşford haqqında danışıb. Holland mütəxəsis "BT Sport"un canlı efirində gənc forvardı tərifləyib.
"Təəssüf ki, Reşford Mourinyonun rəhbərliyi altında oynayır. O, gənc ingilis futbolçudur. Markus meydana tez-tez çıxmalı və yol verdiyi səhvlərin üstündən keçilməlidir. Amma Mourinyoya nəticə lazımdır. Reşford 1-2 oyunu yaxşı keçirməsə, ehtiyata göndəriləcək. Onun istedadını reallaşdırması üçün oynaması lazımdır. Belə futbolçunu hər tur meydanda görmək istərəm". Goal.az