İdman

"Qızıl Qurd"dan 54 yarış, 54 qələbə

12 Mart 2018 18:10

Azərbaycan Kikboksinq Federasiyasının yığma komandasının üzvü, dünya çempionu "Qızıl Qurd" ləqəbli Bəhram Rəcəbzadə Almaniyanın Köln şəhərində keçirilən peşəkar kikboksinq yarışında qələbə qazanıb.

Keyn dünya çempionatını buraxacaq?

12 Mart 2018 18:02

İngiltərə yığmasının hücumçusu Harri Keyn yayda Rusiyada keçiriləcək dünya çempionatını buraxa bilər. "Tottenhem"in 24 yaşlı futbolçusu dünən "Bornmut"la baş tutan Premyer Liqa görüşündə zədələnib.

FİFA klub prezidentini qınadı: 3-5 illik cəza...

12 Mart 2018 16:41

Yunanıstan Super Liqasının XXV turunda AEK-lə matçda meydana silahla daxil olan PAOK-un prezidenti İvan Savvidisin bu hərəkəti FİFA tərəfindən pislənib. Ali futbol qurumu Savvidisi buna görə şiddətlə qınayıb. Lakin qurum onu cəzalandırmaq səlahiyyətinin olmadığını bəyan edib: "Hadisə barədə ətraflı məlumat əldə olunub. FİFA bu hərəkəti qınayır. Ancaq insident daxili birincilikdə yaşandığından, hadisə ilə bağlı qərar Yunanıstan Futbol Federasiyası tərəfindən verilməlidi".

Azərbaycanın parlament futbol komandası beynəlxalq turnirin qalibi olub

12 Mart 2018 15:38

Martın 11-də Azərbaycan Xalq Cümhuriyyəti parlamentinin 100 illik yubileyinə həsr olunan parlament komandalararası beynəlxalq futbol turnirinə yekun vurulub. Azərbaycanın parlament futbol komandası beynəlxalq turnirin qalibi olub. “Olaylar” xəbər verir ki, turnirdə Azərbaycan Milli Məclisinin, Türkiyə Böyük Millət Məclisinin, Ukrayna Ali Radasının, Polşa və Latviya seymlərinin komandaları yarışırdılar.

Kapitandan ikiqat yubiley

12 Mart 2018 13:43

"Neftçi"nin futbolçusu Ruslan Abışov yubiley qoluna imza atıb. Millimizin müdafiəçisi Topaz Premyer Liqasının XIX turunun "Keşlə" ilə görüşündə komandasına 3:2 hesablı qələbə qazandıran qolun müəllifi olub.  Bu qol Ruslanın Azərbaycan çempionatlarında 20-ci qoludur. O, özünün 226-cı matçında buna nail olub.

Ulduz futbolçu azarkeşlərlə əlbəyaxa davaya çıxdı

12 Mart 2018 11:01

Portuqaliya yığmasının və "Latsio"nun futbolçusu Luiş Nani insidentlə üzləşib. Bu, İtaliya çempionatının XXVIII turunda "Kalyari" ilə səfər matçından (2:2) sonra baş verib. Belə ki, "Latsio"nun Romaya qayıtdığı təyyarədə klubun fanatları da olub. Onlar Naniyə oyunundan narazı qaldıqlarını bildirərək, ona sərt etiraz ediblər. Bu isə 32 yaşlı yarımmüdafiəçinin xoşuna gəlməyib. Mübahisə əlbəyaxa dava ilə nəticələnib. 7 nəfərin müdaxiləsindən sonra Nani ilə fanatları bir-birindən ayırmaq mümkün olub.

Azərbaycan futbolunda qəribə hadisə: Azarkeşlər hakimi stadiondan qovdu  - VİDEO

11 Mart 2018 12:11

Bu gün Azərbaycanda Regional Liqada qəribə hadisə baş verib. Sabirabadın matç zamanı”Gənclik” komandası ilə Füzuli rayonunum eyniadlı komandası arasında son dəqiqələrində ara qarışıb.

"Barselona" braziliyalı futbolçunun transferini həll etdi

9 Mart 2018 19:30

"Barselona" braziliyalı yarımmüdafiəçi Arturun transferini həll edib."Qremio"nun 21 yaşlı futbolçusunun transferi 2019-cu ilin yayında rəsmiləşəcək. Katalon klubu 30 milyon avronu birbaşa, 10 milyonu isə bonus şəklində hissə-hissə ödəyəcək. Uzun müddət "Barselona"nın maraq dairəsində olan Artur 2017-ci ilin dekabrında klubun idman direktoru Robert Fernandezlə görüşmüşdü. Martın 7-si "Qremio"nun prezidenti Romildo Bolzan jurnalistlərə açıqlamasında keçidin reallaşmaq üzrə olduğunu demişdi.

"Real" Neymardan əl çəkmir

9 Mart 2018 19:15

"Real" PSJ-nin futbolçusu Neymardan əl çəkmir. Madrid klubu braziliyalı hücumçunu heyətinə qatmaqda israrlıdır. "Real"ın prezidenti Florentino Peresin yayda transfer etmək istədiyi ilk futbolçu məhz Neymardır. O, keçidin baş tutması üçün rekord məbləğdə pul xərcləməyə hazırdır. Belə ki, Peres 26 yaşlı futbolçuya görə qarşı tərəfə 400 milyon avroluq təklif irəli sürüb.

Buffon fikrini dəyişdi - karyerasını bitirir

9 Mart 2018 19:05

"Yuventus"un qapıçısı Canluici Buffon karyerası ilə bağlı vacib qərar qəbul edib. 40 yaşlı qolkiper mövsümün sonunda futbolla vidalaşacağını açıqlayıb. İtaliya millisinin sabiq üzvü bir müddət öncə daha bir il oynamaq istədiyini söyləsə də, karyerasını davam etdirmək fikrində olmadığını bildirib.

Qaxda keçirilən F1 simulyator yarışında 11-ci sinif şagirdi fərqlənib

9 Mart 2018 18:20

Bakı Şəhər Halqası Əməliyyat Şirkəti (BŞH) ilə Azərbaycan Avtomobil Federasiyasının (AAF) birgə təşkilatçılığı əsasında regionlarda “Sənin sürət formulan” şüarı altında keçirilən simulyatorda Formula 1 çempionatının Qax yarışı baş tutub.

Qazaxıstanlı məşqçi: "Biz Bakıdan medallarla ayrılmağa ümid edirik "

9 Mart 2018 17:30

Qazaxıstanın kişi idman gimnastikası üzrə milli komandası Bakıdan medallarla ayrılmağa ümid edir. Bunu  komandanın baş məşqçisi Aleksandr Kim deyib. Baş məşqçi qeyd edib ki, Bakıdakı yarışlara 3 gimnast gəlib və onlardan biri Melburnda keçirilmiş Dünya Kuboku mərhələsinin qalibidir: