Fanatlar stüardları küt alətlə yaraladılar

Futbol üzrə Avropa Liqasının 1/8 finalının "Atletiko" və "Marsel" komandaları arasında keçirilən cavab matçında insident baş verib. Bilbao şəhərinin "San-Mames" stadionunda baş tutan qarşılaşmada stüardlar fransalı futbol azarkeşlərinin hücumuna məruz qalıb.

Futbol üzrə Avropa Liqasının 1/8 finalının "Atletiko" və "Marsel" komandaları arasında keçirilən cavab matçında insident baş verib. Bilbao şəhərinin "San-Mames" stadionunda baş tutan qarşılaşmada stüardlar fransalı futbol azarkeşlərinin hücumuna məruz qalıb. Bu barədə İspaniyanın "El Correo" nəşri yazıb. Stüardlardan biri boyun, digəri isə əl nahiyəsindən deşilmiş yara alıb. Həkimlərin bildirdiklərinə görə, onların aldıqları xəsarət həyatları üçün təhlükəli deyil.

Faktla bağlı azı 1 nəfər hüquq-mühafizə orqanları əməkdaşları tərəfindən saxlanılıb. Report.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31