Məmmədyarov xallarının sayını 3-ə çatdırdı

Almaniyanın paytaxtı Berlində şahmat üzrə İddiaçılar turnirinin növbəti turu keçirilib. Yarışda Azərbaycanın yeganə təmsilçisi Şəhriyar Məmmədyarov 5-ci turda ardıcıl dördüncü dəfə heç-heçəyə imza atıb.

Onun budəfəki rəqibi çinli Din Lijen olub. Şəhriyar bu qarşılaşmadan sonra xallarının sayını 3-ə çatdıraraq ikinci yerdə qalıb.

Eyni nəticə Aleksandr Qrişuk (Rusiya) - Levon Aronyan (Ermənistan), Uesli So (ABŞ) - Vladimir Kramnik (Rusiya) və Fabiano Karuana (ABŞ) - Sergey Karyakin (Rusiya) qarşılaşmalarında da qeydə alınıb.

Turnir cədvəlinə Karuana liderlik edir, Məmmədyarov və Kramnik ondan yarım xal geri qalır.

Beş turdan sonra turnir cədvəlində vəziyyət: 1. Karuana - 3,5; 2-3. Məmmədyarov, Kramnik - 3; 4-6. Aronyan, Qrişuk, Din Lijen - 2,5; 7-8. Karyakin, So - 1,5.

Altıncı turun cütləri. Karuana - Qrişuk, Məmmədyarov - Kramnik, Din Lijen - Karyakin, So - Aronyan.

Turnirin mükafat fondu 420 min avrodur

1-ci yer - 95 min
2-ci yer - 88 min
3-cü yer - 75 min
4-cü yer - 55 min
5-ci yer - 40 min
6-c yer - 28 min
7-ci yer - 22 min
8-ci yer - 17 min

Report.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31