İspan polisi “Çelsi”nin azarkeşlərini döyüb
Çempionlar Liqasının 1/8 finalında keçirilən "Barselona" - "Çelsi" oyunundan sonra insident yaşanıb. İnsidenti "Çelsi" azarkeşləri törədib. Məlumata görə, qarşılaşmadan sonra ingilis fanatlarla ispan polisi arasında qarşıdurma olub.
16 Mart 2018 12:31 İdmanÇempionlar Liqasının 1/8 finalında keçirilən "Barselona" - "Çelsi" oyunundan sonra insident yaşanıb. İnsidenti "Çelsi" azarkeşləri törədib. Məlumata görə, qarşılaşmadan sonra ingilis fanatlarla ispan polisi arasında qarşıdurma olub.
Polis cavab tədbirləri görmək məcburiyyətində qalıb. İngilis azarkeşlər ispan polisin dubinka zərbələrinə tuş gəlib. "Çelsi"nin mətbuat xidməti zərərçəkmiş azarkeşlərə müraciət edərək, hadisə barədə kluba məlumat vermələrini xahiş edib. Rəhbərlik araşdırma aparılacağını və insidentin İspaniya hakimiyyətinin diqqətinə çatdırılacağını bildirib.
Xatırladaq ki, görüşdə 3:0 hesabıyla qalib gələn "Barselona" 1/4 finala vəsiqə qazanıb. Komanda.az