İdman
Ramos: "Argentinaya 1:4 hesabıyla məğlub olduğumuz oyun xatirimizdə idi"
İspaniya millisinin müdafiəçisi Serxio Ramos yoldaşlıq görüşündə Argentina üzərində qazanılan 6:1 hesablı qələbədən sonra fikirlərini bölüşüb. Təcrübəli futbolçu bunları deyib: "Komandada hər kəs sakitliyi qoruyur. Öncədən dünya kubokuna şəxsi malımız kimi baxmırıq. İsko ilə münasibətim? Onun atası deyiləm, dostu və yoldaşıyam. Sadəcə, təcrübəmə əsaslanıb ona məsləhət verə bilərəm ki, düzgün qərar qəbul etsin.
Hakerlər "Latsio"nu aldadıblar
"Latsio" Stefan de Vreyin transferinə görə "Feyenoord"un hesabına köçürməli olduğu 2 milyon avronu havaya sovurub. Roma klubu hakerlərin qurbanı olub. "Il Tempo"nun məlumatına görə "Latsio" razılaşdırılan vəsaiti elektron poçta gələn saxta bank hesabına köçürüb.
Yeni transferi “Qəbələ”ni seçməsinin səbəbini açıqladı
"Qəbələ"dən gələn təklifi müsbət qarşıladım. Çətin durumumda məni komandaya götürdüyü üçün bu kluba təşəkkür edirəm.
Rəşad Sadıqov: "Hələ yolun əvvəlindəyik"
"Komanda şəklində daha güclü olmalı və özümüzə daha çox inanmalıyıq". Məlumata görə, bunu 21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsi çərçivəsində keçirilmiş İrlandiya – Azərbaycan oyunu (1:0) ilə bağlı yığmamızın baş məşqçisi Rəşad Sadıqov deyib.
"Beşiktaş" "Bavariya"nın ulduzunu alır
“Beşiktaş” mövsüm sonunda müqavilə müddəti bitən “Bavariya”nın ulduzu Aryen Robbeni transfer etmək niyyətindədir. Bu barədə “Beşiktaş”ın sabiq oyunçusu Baki Mərcimək məlumat yayıb. Futboldan uzaqlaşdıqdan sonra menecerliyə yönələn B.Mərcimək Robbenin “Beşiktaş”a gəlmə ehtimalınlın 50% olduğunu deyib. Menecer bildirib ki, hollandiyalı ulduz da Türkiyə çempionuna keçməyə müsbət baxır.
Məmmədyarov: Sizlərdən üzr istəyirəm
Şəhriyar Kramniklə heç-heçə oynadı
Almaniyanın paytaxtı Berlində şahmat üzrə İddiaçılar turnirində bu gün sonuncu - XIV turun görüşləri keçirilir. Azərbaycan təmsilçisi Şəhriyar Məmmədyarov qara fiqurlarla rusiyalı Vladimir Kramnik ilə üz-üzə gəlib.
UEFA avrokubokların reqlamentində bəzi dəyişikliklər etdi
UEFA Çempionlar Liqası (ÇL), Avropa Liqası və Superkubok yarışlarının reqlamentində dəyişikliklər edib. Yeniliklər 2018/2019 mövsümündən tətbiq olunacaq. Dəyişikliklərə əsasən, pley-off matçlarında əlavə vaxt zamanı 4-cü əvəzetməyə icazə veriləcək. Hər iki yarışın final oyununda, eləcə də Superkubokda iştirak ərizəsinə 23 futbolçunun adını daxil etmək mümkün olacaq (digər görüşlərdə 18 futbolçu - red.). Beləliklə, ehtiyat oyunçular skamiyasında 12 futbolçu əyləşə biləcək.
Devid Bekhemdən şok transferlər: "Ronaldu, Runi..."
2020-ci ildən etibarən ABŞ-ın MLS liqasında çıxış edəcək "Mayami" klubunun sahibi Devid Bekhem sürpriz transferlərə imza atmağa hazırlaşır. Hazırda aşağı liqada çıxış edən klub bir neçə dünya ulduzunu heyətinə qatacaq.
"Şaxtyor" braziliyalı futbolçunu transfer edir
"Şaxtyor" daha bir braziliyalı futbolçunun transferini həll edib. "Korintians"ın yarımmüdafiəçisi Maykon ötən həftə San Paulo şəhərində tibbi müayinədən keçirilib.
Rusiya mundialını boykot etməyi düşünən ölkələr 5-ə çatdı
Rusiya Baş Kəşfiyyat İdarəsinin sabiq polkovniki Serqey Skripalın zəhərlənməsinə görə Rusiyada keçiriləcək mundialı rəsmən boykot edən ilk ölkə İslandiya oldu. "Vikinqlər"in heç bir dövlət nümayəndəsi turnirdə olmayacaq.
Beynəlxalq Futbol Turnirində iştirak etmək istəyən vəkillərin nəzərinə
Xəbər verildiyi kimi, Azərbaycan Respublikası Vəkillər Kollegiyası iyun ayının 9-10-u tarixlərində keçiriləcək Vəkillər arasında Beynəlxalq Futbol Turnirində iştirak edəcəyini təsdiq edib.
Premyer Liqanın ən sürətli 10 futbolçusu
Avropanın Top 5 liqalarından biri olan İngiltərə Premyer Liqası çempionatın bu sezona görə ən sürətli oyunçularına açıqlayıb.
Messi: "Onlar bizdən güclüdürlər"
Argentina yığmasının lideri Lionel Messi dünya çempionatı ilə bağlı fikirlərini bölüşüb. Messi mundialın qalibi olmağı arzuladıqlarını bildirib. Ancaq o, Argentina yığmasının favorit olmadığını da iddia edib: "Biz bu hissi yaşamaq və dünya çempionatının qalibi olmaq istəyirik. Bizim özümüzün özümüzə borcumuz var. İnsanlara heç nə borclu deyilik. Çünki meydanda daim maksimum qüvvə sərf edirik.














