"Liverpul" Salaha 200 milyon qiymət qoydu
İngiltərənin "Liverpul" klubu misirli futbolçusu Məhəmməd Salahın transfer qiymətini artırmağı planlaşdırır. Klub rəhbərliyi yarımmüdafiəçinin qiymətini 200 milyon avroyadək artıracaq.
29 Mart 2018 18:21 İdmanİngiltərənin "Liverpul" klubu misirli futbolçusu Məhəmməd Salahın transfer qiymətini artırmağı planlaşdırır. Klub rəhbərliyi yarımmüdafiəçinin qiymətini 200 milyon avroyadək artıracaq.
Salah klubu ilə müqaviləni yeniləsə, aya 800 min avro qazanacaq. 26 yaşlı futbolçunu İspaniyanın "Real Madrid" klubu heyətinə daxil etmək istəyir.
Qeyd edək ki, Məhəmməd Salah yayda İtaliyanın "Roma" klubundan 42 milyon avroya "Liverpul"a transfer olunub. O, bu mövsüm 43 matçda iştirak edib və 37 qol vurub. Report.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31