İdman

"Borussiya" isveçrəli mütəxəssisi gözaltı edib

3 Aprel 2018 16:50

"Borussiya Dortmund" mövsümün sonunda baş məşqçi Peter Ştöqerlə yollarını ayırmağı planlaşdırır. Onu əvəzləməyə ən real namizəd Lüsyen Favrdır. İsveçrəli mütəxəsis hazırda "Nice" klubunu çalışdırır. Onun müqaviləsində anlaşmanın pozulması üçün 3 milyon avro təzminat bəndi var.

Latviya millisində baş məşqçi istefası

3 Aprel 2018 16:45

Latviya yığmasının baş məşqçisi Aleksandr Starkov istefaya göndərilib. Bu barədə Latviya Futbol Federasiyasının rəhbərliyi qərar qəbul edib. İstefaya milli komandanın bir neçə gün öncə Cəbəllütariq yığmasına 0:1 hesablı məğlubiyyəti səbəb göstərilir.

Məşhur futbolçunun “1 Aprel” zarafatı ölkəni AYAĞA QALDIRDI

3 Aprel 2018 09:33

Dünyanın məşhur hücumçularından biri, hazırda karyerasını “Konyaspor”da davam etdirən Samuel Eto`Onun “1 Aprel” zarafatı ölkəsində böyük səs-küyə səbəb olub.

Premyer Liqa klubuna pis xəbər

2 Aprel 2018 17:55

"Vest Ham Yunayted"in yarımmüdafiəçisi Maykl Antonio mövsümü erkən başa vurub. 28 yaşlı havbek Premyer Liqanın 32-ci turunda zədələnib. Onun diz bağlarında problem aşkarlanıb.

Ahmet Çakar : " Qalatasaray azarkeşləri onurğasızdır "

2 Aprel 2018 16:53

Dünən oynanılan Qalatasaray 2:1 Trabzonspor oyununda " Şikəçi Trabzonspor " sözlərinin ardından danışan Ahmet Çakar, Trabzonspora şikəçi deyənləri ağır tənqid edib. O, Qalatasaray azarkeşlərini onurğasız adlandırıb. 

7 yaşlı Mina Abbasova  3 gümüş medal qazandı

2 Aprel 2018 13:53

 Macarıstanın Budapeşt şəhərində  bədii gimnastika üzrə VI Beynəlxalq “Bahar kuboku - 2018” turniri keçirilib.

Tayfur Əliyev Avropa çempionatının finalına yüksəlib

1 Aprel 2018 11:47

Rumıniyanın Tırqu-Jiu şəhərində 22 yaşadək boksçular arasında Avropa çempionatında finalçıların adına aydınlıq gəlib. Azərbaycan millisinin boksçusu Tayfur Əliyev də adını həlledici döyüşə yazdırıb. Məlumata görə, 56 kq çəki dərəcəsində mübarizə aparan Avropa Oyunlarının mükafatçısı finala gedən yolda ispaniyalı Xose Giles Brotonsu mübarizədən kənarlaşdırıb. O, 1/2 finalda rəqibini 4:1 (29:27, 29:27, 27:29, 29:27, 29:27) hesabı ilə məğlub edib.

"Qara qartal" yenidən ikinci sırada

1 Aprel 2018 11:07

Martın 31-də futbol üzrə Türkiyə Super Liqasının 27-ci turunun növbəti oyunları keçirilib. Çempionatda 50 xalla üçüncü sırada qərarlaşan İstanbulun “Beşiktaş” komandası “Alanyaspor”u qəbul edib. Son çempion “Beşiktaş” rəqibinə minimal hesabla qalib gəlib - 1:0. Gərgin idman mübarizəsi şəraitində keçən qarşılaşmada yeganə qolu görüşün 29-cu dəqiqəsində komandanın braziliyalı Anderson Taliska vurub.

Poçettino gənc futbolçunu müdafiə etdi

31 Mart 2018 19:17

İngiltərənin "Tottenhem" klubunun çalışdırıcı Maurisio Poçettino komandanın gənc ulduzu Dele Alii haqda açıqlama verib. Argentinalı mütəxəssis çox təzyiq altında olduğunu söyləyib: "Allinin bacarıqlarına çox güvənirəm, çünki onu yaxşı tanıyıram. Çox yaxşı insandır, amma hələ uşaqdır.

Qvardiola "Mançester Siti"dən ayrılmaq istəyir

31 Mart 2018 19:16

İngiltərənin "Mançester Siti" klubunun baş məşqçisi Xosep Qvardiola klubdan ayrılmaq arzusundan danışıb. O, açıqlamasında ötən mövsüm İngiltərə təmsilçisini tərk etmək istədiyini söyləyib.

"Bakıya gələndə sanki başqa dünyaya düşürdük"

31 Mart 2018 19:12

Oynadığım ən ekzotik ölkə Azərbaycan idi. Bu sözləri "Simurq" klubunun sabiq futbolçusu Marçin Burkxardt deyib. Hazırda Polşanın III liqa təmsilçisi "Motor"da oynayan 35 yaşlı yarımmüdafiəçi ölkə mətbuatına müsahibə verib. O, söhbət əsnasında Azərbaycandakı karyerasını da yada salıb. 

Zidan Ronaldonu heyətdən ÇIXARTDI

30 Mart 2018 18:23

“Real” La Liqanın 30-cu turu çərçivəsində qarşılaşacaq “Las Palmas”la oyuna Kriştiano Ronaldosuz gedəcək.

Ufuk Budakın son durumu

30 Mart 2018 18:21

"Samsunspor"un futbolçusu Ufuk Budakın zədəsi hələ də sağalmayıb. Almaniyadan sonra Samsunda müalicəsini davam etdirən millimizin hücumçusunun böyük ehtimalla birinci liqada "Adanaspor"la matçı buraxacağı bildirilib.