Zidan Ronaldonu heyətdən ÇIXARTDI
“Real” La Liqanın 30-cu turu çərçivəsində qarşılaşacaq “Las Palmas”la oyuna Kriştiano Ronaldosuz gedəcək.
30 Mart 2018 18:23 İdman"Real" La Liqanın 30-cu turu çərçivəsində qarşılaşacaq "Las Palmas"la oyuna Kriştiano Ronaldosuz gedəcək.
Publika.az "Eurosport"a istinadən xəbər verir ki, baş məşqçi Zinəddin Zidan ulduz futbolçunu heyətə daxil etməyib.
O, Çempionlar Liqasının ¼ finalı çərçivəsində "Yuventus"la baş tutacaq oyuna görə bu addımı atıb. Zidan Ronaldoya bir neçə günlük istirahət verib ki, ÇL-in oyununa daha yaxşı hazırlaşa bilsin.
Qeyd edək ki, "Real"-"Las Palmas" oyunu sabah, "Yuventus"-"Real" matçı isə aprelin 3-də baş tutacaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31