FIFA prezidenti Bakıya gəlir

Yozef Blatter FIFA U-17 qadınlararası dünya çempionatının açılış mərasimində iştirak edəcək

FIFA prezidenti Yozef Blatter Bakıya gələcək. ANS PRESS-in AFFA-nın rəsmi saytına istinadla verdiyi məlumata görə, o FIFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan 2012-nin açılış mərasimində iştirak edəcək. Bununla bağlı AFFA-ya FIFA-dan rəsmi məlumat daxil olub. Xatırladaq ki, FIFA U-17 qadınlararası dünya çempionatının açılış mərasimi sentyabrın 22-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31