Arda Turanın klubu öz evində şou göstərdi
28 Avqust 2012 11:16 İdmanFutbol üzrə İspaniya Çempionatında II tura yekun vurulub. Qol.Az-ın məlumatına görə, son oyun günündə daha 2 qarşılaşma baş tutub. Səfərdə "Valyodolid"in qonağı olan "Levante" meydanı xalsız tərk edib. Hər hissədə bir qol vuran meydan sahibləri görüşdən qalib ayrılıblar - 2:0. Turun son qarşılaşması isə Madriddə baş tutub. Burada yerli "Atletiko" klubu "Atletik" (Bilbao) komandasını sınağa çəkib. Fasiləyə 2:0 hesablı üstünlüklə yollanan Madrid təmsilçisi ikinci hissədə rəqibini daha iki dəfə məyus edib - 4:0. "Atletiko" bu qələbə sayəsində xalını 4-ə yüksəldib.
25 avqust
İspaniya La Liqasında II turun oyunları
"Real" (Sosyedad) - "Selta" (Viqo) - 2:1
Qollar: Lukas, 49 (0:1), Agirretxe, 54 (1:1), 61 (2:1)
"Espanyol" - "Saraqoza" - 1:2
Qollar: Vaskez, 43 (0:1), Apono, 51-pen (1:1), Poştiqa, 89 (1:2)
"Betis" - "Rayo Vallekano" - 1:2
Qollar: Piti, 2 (0:1), Milona, 4 (1:1), Karrilho, 62 (1:2)
"Malaqa" - "Malyorka" - 1:1
Qollar: Hemed, 67 (0:1), Lopes, 77 (1:1)
26 avqust
"Osasuna" - "Barselona" - 1:2
Qollar: Lorente, 17 (1:0), Messi, 76 (1:1), 80 (1:2)
"Qranada" - "Sevilya" - 1:1
Qollar: Riko, 36 (1:0), Neqredo, 44 (1:1)
"Getafe" - "Real" (Madrid) - 2:1
Qollar: İquain, 27 (0:1), Valera, 53 (1:1), Barrada, 75 (2:1)
"Valensiya" - "Deportivo" - 2:1
Qollar: Soldado, 11 (1:0), 28 (2:0), Aquilar, 38 (2:1), 59 (3:2), Feghouli, 41 (3:1), Pizzi, 76-pen (3:3)
27 avqust
"Valyadolid" - "Levante" - 2:0
Qollar: Perez, 38-pen (1:0), 48-pen (2:0)
"Atletiko" (Madrid) - "Atletik" (Bilbao) - 4:0
Qollar: Falkao, 20 (1:0), 43 (2:0), 58-pen (3:0), Tiaqo, 84 (4:0)