Ona 16 min nəfər baxacaq
26 Avqust 2012 18:11 İdmanAvropa Liqasının pley-off mərhələsi çərçivəsində Azərbaycan çempionu "Neftçi" ilə Kipr APOEL-i arasında keçiriləcək cavab matçına bilet satışı davam edir.Azerisport.az xəbər verir ki, artıq oyuna 16 mindən çox bilet satılıb.Kipr mətbuatının yazdığına görə, bu göstərici oyun gününə qədər daha da artacaq. Qarşılaşmanın oynanılacağı GSP Arena 23 min azarkeş tutumuna malikdi.Qeyd edək ki, "Neftçi" ilə APOEL arasındakı ilk oyun 1:1 hesabıyla başa çatıb. Cavab qarşılaşması isə avqustun 30-da Nikosiyada oynanılacaq və saat 22:00-da başlayacaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31