Mourinyo: "Pedronun qolu offsaytdan vurulmuşdu"

"Real" (Madrid) klubunun baş məşqçisi Joze Mourinyo "Barselona" ilə oyundan sonra fikirlərini bölüşüb.
Qol.Az-ın məlumatına görə, portuqaliyalı mütəxəssis yan xətt hakiminin onları "yıxdığı"nı bildirib:
"İlk hissə xoşuma gəlmədi. Ancaq ikinci hissədə fərqli oyun izlədik. Futbolçularımın oyunundan razı qaldım. Lakin yan xətt hakimi bizi "yıxdı". Pedronun qolu offsaytdan vurulmuşdu. Yan xətt hakimi isə qolu qeydə aldı".
Qeyd edək ki, "Barselona" - "Real" oyunu 3:2 hesabı ilə meydan sahiblərinin xeyrinə başa çatıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31