Əsl Azərbaycan idmançıları “Lenin” zirvəsində

Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının idmançılarından ibarət ekspedisiya qrupu Pamir dağlarının ən hündür zirvəsi olan "Lenin" zirvəsinə (7134 m) təşkil olunmuş yürüşü uğurla başa vurublar. Azərbaycan Hava və Ektremal İdman Növləri Federasiyasından "OLAYLAR"a daxil olan məlumatda bildirilir ki, ekspedisiya üzvləri, Azərbaycanın Şəki və Qusar rayonlarından olan Babək İsgəndərov ("Ekosport" idman klubu) və Rinat Rəhimxanov ("Salavat" idman klubu) "Lenin" zirvəsinə qalxaraq Azərbaycan bayrağını Pamirin ən yüksək zirvəsinə sancıblar.
Ekspedisiyaya Azərçin Muradov rəhbərlik edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31