"Barselona" - "Real": 5 qol!
24 Avqust 2012 09:52 İdmanBu gecə İspaniya Superkuboku çərçivəsində ilk oyun keçirilib.Qol.Az-ın məlumatına görə, həlledici görüşdə əzəli rəqiblər - "Barselona" və "Real" (Madrid) klubları üz-üzə gəlib.La Liqanın qalibi "Real" və "kral kuboku"nun sahibi "Barselona"nın dueli bütün dünyada böyük maraqla gözlənilirdi. Kataloniyada keçiriləcək ilk oyun Bakı vaxtı ilə gecə saat 01:30-da başlayıb.Fasiləyə qolsuz yollanan komandaların duelində hesab ikinci hissədə açılıb. İlk qol "Real"dan gəlsə də, Madrid təmsilçisinin sevinci uzun sürməyib. Görüş isə 3:2 hesabı ilə "Barselona"nın xeyrinə başa çatıb.Qeyd edək ki, bu komandalar arasında cavab görüşü 6 gün sonra - avqustun 29-da Madriddə keçiriləcək.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31