Moskvanın "Spartak" futbol komandasının rəsmi saytı haker hücumuna məruz qalıb. "OLAYLAR"-ın Türkiyə bürosunun verdiyi xəbərə görə, sayt bir müddət tamamilə sıradan çıxarılıb. Ehtimal olunur ki, bu əməliyyat türk hakerlər tərəfindən həyata keçirilib. Buna səbəb isə "Spartak" futbol komandasının azarkeşlərinin "Fənərbaxça" ilə oyun zamanı Atatürkün portretini yandırması ola bilər.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31