"Barselona"nın baş məşqçisi: ""Real"a uduzsaq..."

"Biz hətta "Real"a uduzsaq, bununla həyat bitməyəcək. Madridlilərdə as uşaqlar cəmləşib və biz onların əks-hücumlarını yadda saxlamalıyıq".
Apasport.az saytının məlumatına görə, bu fikirləri "Barselona"nın baş məşqçisi Tito Vilanova deyib. İspaniya Superkuboku uğrunda "Real"la bugünkü oyun haqda danışan çalışdırıcı son çempionla ilk matçı evdə keçirmələrini üstünlük sayır:
""Real"la ilk oyunu evdə keçiririk və hamı bilir ki, öz meydanımızda necə oynayırıq. Mən hələ qərara gəlməmişəm ki, Messinin hücumda tərəfdaşı kim olacaq. Aleksis Sançesin meydana çıxacağını istisna deyil. Onu qeyd edim ki, Karles Puyolun sağlamlığı ilə bağlı heç bir problemi yoxdur və oynaya biləcək".
Qeyd edək ki, Vilanova baş məşqçi postunda əvəzlədiyi Xosep Qvardiola ilə ötən mövsüm İspaniya Superkubokunu məhz "Real"ı məğlub etməklə qazanıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31