Dünyaca məşhur qapıçı saxtakar çıxdı

"Barselona"nın qolkiperi Viktor Valdes haqqında məhkəmədə iddia qaldırılıb. Apasport.az saytının xəbərinə görə, buna səbəb onun sürücülük vəsiqəsi olmadan yaxta sürməsidir. Qapıçı özünə aldığı böyük yaxtanı sürərkən İspaniya sahillərində polis tərəfindən saxlanılıb. Üstəlik, Valdes dəniz polislərinə saxta sürücülük vəsiqəsi təqdim edib. Saxtakarlığa görə təcrübəli futbolçunun cəzası daha ağır ola bilər. İspaniya qanunlarına görə, uzunluğu 4 metri keçən nəqliyyat vasitələrini idarə etmək üçün beynəlxalq sertifikat lazımdır. Araşdırma nəticəsində Viktorun belə bir sertifikatı olmadığı üzə çıxıb. İstintaqın nəticəsi qarşıdakı günlərdə açıqlanacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31