"Cim-bom"a azarkeş qadağası
23 Avqust 2012 15:28 İdmanTürkiyə futbolunda derbi oyunlarla bağlı azarkeş qadağası qüvvədə qalıb. Apasport.az saytının məlumatına görə, ötən mövsümdə olduğu kimi, "Qalatasaray", "Fənərbağça" və "Beşiktaş"ın bir-biri ilə oynadığı matçlarda qonaqlar azarkeşlərini səfərə apara bilməyəcəklər.
Bununla, ilk zərbəni "Qalatasaray" alacaq. Belə ki, son çempion Superliqanın II turunda avqustun 26-da "Beşiktaş"ın qonağı olacaq. İstanbul təhlükəsizlik qurumunun toplantısında çıxarılan qərara əsasən, "Cim Bom" azarkeşlərinin bazar günü "İsmət İnönü" stadionuna daxil olmalarına izn verilməyəcək.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31