Güləş başa çatdı
Komandamız 2 qızıl, 3 gümüş və 3 bürünc medal qazanıb
23 Avqust 2012 11:55 İdmanAvqustun 21-də Bakıda start götürən yeniyetmələrin Dünya çempionatında sərbəst güləş yarışları başa çatıb. Bu barədə Azərbaycan Güləş Federasiyasının mətbuat xidmətindən məlumat verilib.Yığma komandamızın üzvləri 8 medal qazanmaqla komanda hesabında ikinci nəticə göstərdilər. Coşqun Məmmədov (42 kq) və Cahid Həsənzadə (58 kq) qızıl medal qazanaraq dünya çempionu adına layiq oldular.Ruslan Surxayev (50 kq), Çermen Baqayev (85 kq) və Səid Həmidov (100 kq) yarışı ikinci yerdə bitiriblər. Məhəmmədhüseyn Həsənov (54 kq), Şamil Sadullayev (69 kq) və Məhəmmədhacı Muxutov (76 kq) isə turnirin bürünc medallarına sahib oldular.2 qızıl, 3 gümüş və 3 bürünc medal qazanan yığmamız ümumilikdə 74 xal toplayıb.