"İnter" klubu 7 min manat ziyana düşdü

Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib. Bu barədə  Trend  PFL-in rəsmi saytına istinadən məlumat verir.

İntizam Komitəsi bəzi klubların cəzalandırılması barədə qərar qəbul edib.
Belə ki, Azərbaycan Premyer Liqasının III turunun "İnter" - "Xəzər Lənkəran" matçı başa çatdıqdan sonra "İnter" klubunun futbolçuları İlia Kandelaki, Baçana Sxadadze və "Xəzər Lənkəran" klubunun oyunçusu Elnur Allahverdiyev aqressiv hərəkətə görə 2 oyunluq cəzalanıb, "İnter" klub 4000 manat, "Xəzər Lənkəran" klubu 2000 manat cərimə olunub.
Oyun başa çatdıqdan sonra meydançada təhlükəsizlik təmin olunmadığı üçün meydan sahibi klub 3000 manat cərimə edilib.

Hər iki klubunun futbolçuları tərəfindən analoji hadisənin baş verəcəyi təqdirdə klublara qarşı daha ciddi sanksiyalar tətbiq ediləcək.
Azərbaycan Premyer Liqasının III turunun "Sumqayıt" - "Qarabağ" matçında "Sumqayıt" klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunub.
Oyunun 20-ci dəqiqəsində "Sumqayıt" klubunun futbolçusu Aftandil Hacıyev sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanıb, klub 200 manat cərimə olunub.

Matçın 44-cü dəqiqəsində "Qarabağ" klubunun futbolçusu Qara Qarayev əllə oyuna görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanıb, klub 200 manat cərimə edilib.
Azərbaycan Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətlərinin III turunun "Rəvan" - "Bakı" matçının 75-ci dəqiqəsində "Bakı" klubunun futbolçusu Azad Kərimov kobud oyuna görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanıb, klub 100 manat cərimə olunub.
Oyunun 20-ci dəqiqəsində "Bakı" klubunun oyunçusu Tural Qürbətovla "Rəvan" klubunun futbolçusu Orxan Orucov kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldıqları üçün hər iki futbolçu 2 oyunluq cəzalanıb, klublar 1000 manat cərimə edilib.
Oyun başa çatdıqdan sonra "Rəvan" klubunun baş məşqçisi Elşad Quliyev hakimləri təhqir etdiyi üçün baş məşqçi 5 oyunluq cəzalanıb, klub 2500 manat cərimə olunub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31