Pele dinc dayanmır

“Messi Maradonanın nüsxəsidir”

Futbolun canlı əfsanəsi Pele yenidən argentinalı həmkarı Dieqo Maradona və onun həmyerlisi Lionel Messiyə "ilişib". Fanat.az xəbər verir ki, braziliyalı hər iki argentinalının başla oynaya bilmədiyini qeyd edib: "Dieqo çox yaxşı oyunçu idi. Ancaq sadəcə sol ayağından istifadə edə bilirdi. Məsələn, başla heç də yaralı olmadığını hər kəs bilir. Mənə deyə bilərsiniz ki, o başla neçə qol vurub? Fikrimcə, Messi Maradonanın kopyasıdı. Bax bu üzdən Neymar gələcəkdə hər ikisindən daha yaxşı futbolçu olacaq. Çox fərqli özəlliklərə bir arada sahib olan biridi. Sadəcə, sol deyil, hər iki ayağından, həmçinin başından istifadə edə bilir", deyə Pele bildirib. İndi Maradonanın braziliyalı əfsanəyə cavabı maraqla gözlənilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31