Nuri Şahin “Arsenal”a keçdi
22 Avqust 2012 11:21 İdmanTürkiyə yığmasının futbolçusu Nuri Şahinin karyerasını davam etdirəcəyi komanda müəyyənləşib. Apasport.az saytının məlumatına görə, Madrid "Real"ının 23 yaşlı yarımmüdafiəçisi İngiltərə Premyer Liqasında debüt edəcək. Uzun müddət onu ələ keçirməyə çalışan London "Arsenal"ı nəhayət, istəyinə çatıb.
İki klub Nurinin keçidini artıq razılaşdırıb. Madridlilər ötən mövsüm transfer edərək, daha çox ehtiyatda qalan futbolçusunu 1 illik icarəyə verməyi daha məqsədəuyğun sayıb.
Qeyd edək ki, Şahin "Arsenal"da çıxış edən ilk türkiyəli futbolçu olacaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31