Ronaldodan şok qonarar tələbi
Futbolçu həftəsinə yarım milyon funt istəyib
15 Sentyabr 2014 20:10 İdmanPasport Madridin "Real" futbol klubunun futbolçu Kriştiano Ronaldo bir həftəlik qonarar yarım milyon funt sterlinq qonarar qarşılığında ingilis klublarının birinə transfer olmağa hazır olduğunu bəyan edib. Anspress-in məlumatına görə, ehtimal edilir ki, portuqaliyalı futbolçu "Mançestr Yunayted", "Mançestr Siti" və "Çelsi" kimi komandalar təklif göndərə bilər. Ronaldonun hazırki maaşı 350 min funt sterlinqdi ki, bu da ildə 18 milyon edir. Əgər futbolçunun transferi alınsa, onun illik qazancı 26 milyon funt (42 milyon 200 min dollar) olacaq. Kriştianonun özü isə İngiltərənin ən yüksək qonararlı oyunçusu olacaq. Hazırda bu titulun sahibi "qırmızı şeytanlar"ın "Monako"dan bir illik icarəyə götürdükləri "Mançester Yunayted" futbol klubunun hücumçusu Radamel Falkoudur. O, ildə 20 milyon funt qazanır.