Robben "Mançester Siti"yə qarşı oynayacaqmı?
15 Sentyabr 2014 19:35 İdman"Bavariya"nın futbolçusu Aryen Robben Çempionlar Liqasının qrup mərhələsinin ilk görüşündə "Mançester Siti"yə qarşı oynamaya bilər. Qol.Az-ın "Bild" qəzetinə istinadən verdiyi məlumata görə, hollandiyalı futbolçunun zədə səbəbindən ingilis klubu ilə oyunu buraxacağı iddia olunur. Ötən həftə zədəsini bərpa edən Robben dünən dizindən zədə alıb. 30 yaşlı futbolçunun zədəsi ciddi olmadığı bildirilsə də, baş məşqçi Pep Qardiolanın onu riskə atmayacağı gözlənilir.
Qeyd edək ki, "Bavariya" - "Mançester Siti" oyunu sentyabrın 17-də, Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31