Haradan haraya – Anelkanın yeni klubu
15 Sentyabr 2014 19:30 İdmanFransa millisinin sabiq futbolçusu Nikolas Anelkanın yeni komandası rəsmən müəyyənləşib. Qol.Az-ın xəbərinə görə, 35 yaşlı hücumçu Hindistanın "Mumbai Siti" klubuna transfer olunub. Bu barədə futbolçunun özü "Tvitter" hesabında yazıb.
Qeyd edək ki, bundan əvvəl Anelkanın Hindistanın "Pune Siti" klubuna transfer olunduğu iddia edilmişdi. Xatırladaq ki, N.Anelka PSJ, "Arsenal", "Real" (Madrid), "Liverpul", "Mançester Siti", "Fənərbaxça", "Çelsi", "Yuventus" kimi klubların şərəfini qoruyub. O, ötən mövsüm "Vest Bromviç"də çıxış edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31