Millimiz Fransaya qalib gəldi
15 Sentyabr 2014 19:10 İdmanİtaliyanın Jesolo şəhərində təşkil olunmuş dünya çempionatının seçmə oyunlarının ikinci mərhələsində çimərlik futbolu üzrə Azərbaycan milli komandası son oyununu keçirib. Qol.Az-ın AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, Fransa yığması ilə qarşılaşan millimiz Sabir Allahquliyev, Asif Zeynalov və Hikmət Bağırovun vurduğu qollar sayəsində 3:1 hesabı ilə qələbə qazanıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31