Əli-qolu bağlı qız Dardanel boğazını keçəcək
17 yaşlı Gürcüstan çempionu 5 kilometr məsafəni üzməli olacaq
17 Avqust 2012 20:53 İdman17 yaşlı gürcüstanlı üzgüçü Kolxi üzgüçülük növündə Dardanel boğazını keçməyə hazırlaşır. ANS PRESS-in gürcü mətbuatına istinadən verdiyi məlumata görə, Gürcüstan çempionu və Tiflis Kubokunun qalibi Anne Lominadze artıq həkim müayinəsindən də keçib. Həkimlər üzgüçünün imkanlarını nəzərə alaraq müvafiq icazəni verəcək.
Lominadze əli-qolu bağlı (Kolxi növü) 5 kilometr məsafəni üzməli olacaq. Marafon avqustun 30-da baş tutmalıdır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31