"Arsenal"ın yeni kapitanı

Robin Van Persi ilə yollarını ayıran İngiltərənin "Arsenal" klubunun yeni kapitanı bəlli olub. Qol.Az-ın məlumatına görə, bu barədə komandanın baş məşqçisi Arsen Venger açıqlama verib. Fransız mütəxəssis "Arsenal"ı yeni mövsümdə oyunlara kapitan kimi Tomas Vermalenin çıxaracağını bildirib: "Komandada kapitanlığa namizəd xeyli sayda oyunçularımız var. Ancaq yeni kapitan olaraq Vermaleni seçdik. Mikel Arteta isə ikinci kapitan oldu". Qeyd edək ki, Vermalen 2009-cu ildə Hollandiyanın "Ayaks" klubundan "Arsenal"a transfer olunmuşdu.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31