Olimpiadanın bürünc medalçısı medalını satır
17 Avqust 2012 14:24 İdmanLondonda keçirilən Olimpiadada bürünc medal qazanan Polşa idmançısı Zofiya Noçenti Klepatskaya qazandığı medalı satır. "OLAYLAR"ın Rusiya mətbuatına istinadən yaydığı məlumata görə, idman ustası medalını 5 yaşlı qonşusuna görə satır. Xroniki nəfəs çatışmazlığından əziyyət çəkən 5 yaşlı qızcığaz həm də idmançının ən gənc fanatıdır. Zofiya Klepatskaya bildirib ki, o uşağın sağalması üçün əlindən gələni edəcək. İdmançı hətta bildirib ki, o olimpiadada qızcığaza görə medal uğrunda mübarizə aparıb və həmin medalı da indi satıb uşağın müalicəsinə verəcək.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31