Bizə müfəttiş gəlib...

Stadionlarımıza kateqoriyalar verəcək

UEFA-nın Stadion ve Təhlükəsizlik Komitəsinin üzvü Jan-Fransua Kruk Bakıda səfərdədir. AFFA-nın rəsmi saytının  verdiyi məlumata görə, səfər proqramı çərçivəsində UEFA nümayəndəsi Tofiq Bəhramov adına Respublika, eləcə də Bayıl və 8-ci km qəsəbələrində inşa olunan stadionların təftişini aparacaq. Sonda baxış keçirilmiş stadionlara UEFA tərəfindən kateqoriyalar veriləcək.Qeyd edək ki, Bayıl və 8-ci km stadionlarını AFFA inşa edib. Tofiq Bəhramov adına Respublika stadionunun isə yeni təmir olunduqdan sonra açılış mərasimi keçirilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31