Portuqaliya-Azərbaycan oyununun başlama saatı dəyişdirilib
17 Avqust 2012 13:13 İdmanDÇ 2014-ün seçmə mərhələsi çərçivəsində keçiriləcək Portuqaliya-Azərbaycan oyununun başlama saatı teleyayımla əlaqədar olaraq dəyişdirilib.
Trend-in AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, qarşılaşma əvvəlcədən nəzərdə tutulduğu kimi Bakı vaxtı ilə sentyabrın 12-də saat 01:00-da deyil, 00:15-də başlayacaq.
Qeyd edək ki, Portuqaliya-Azərbaycan oyunu Braqa şəhərindəki "AXA Stadium"da keçiriləcək.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31