Olimpiya qızılının qiyməti açıqlandı
17 Avqust 2012 11:45 İdmanLondon olimpiyadasının qızılın dəyəri 708 dollar olub. "Qafqazinfo"nun məlumatına görə, əgər Olimpiyadanın 302 qızıl mükafatının hamısı təmiz qızıldan hazırlansaydı, onda bu xərc 40 milyon dollar təşkil edərdi.London olimpiyadasının qızıl medallarının ağırlığı 412 qram, diametri 85 mm, qalınlığı isə 7 mm olub. Bu isə yay olimpiya oyunları tarixində ən böyük və ağır mükafatdır. Olimpiyadanın qızıl mükafatının 92.5%-ni gümüş təşkil edir.Xatırladaq ki, sonuncu dəfə qızıl medalları xalis qızıldan 1912 ci ildə Stokholmda keçirilən olimpiya oyunların zamanı hazırlanıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31