"Fənərbağça"nın baş məşqçisinin evi söküləcək
16 Avqust 2012 18:44 İdman"Fənərbağça" klubunun baş məşqçisi Aykut Kocaman Sapanca gölü kənarında tikdirdiyi ev qeyri-qanuni olduğuna görə, tikinti işləri dayandırılıb. Anspress-in Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, ötən il Kırkpınar Məhəlləsi, Melih Kibar Sahil Prospekti üzərində 2 ədəd köhnə otağı olan bir mülk alan Aykut Kocaman sonradan evi təmir etdirmək istəyir.
Buna görə, Aykut Kocaman bu ilin 12 iyulunda Sapanca Bələdiyyəsinə gedərək bunun üçün icazə alır və tikinti işlərinə başlayıb. Lakin iddialara görə, Aykut Kocaman evi təmir etmək əvəzinə onu sökərək yenisini tikmək istəyib. Bu isə Sapanca Su və Kanalizasiya İdarəsinin qanunlarına zidd olub. Ona görə də, idarə əməkdaşları tikintinin qanunsuz olduğunu bildiriblər və Sapanca Bələdiyyəsinə bununla bağlı sorğu göndəriblər.
Sorğuya cavab olaraq bildirilib ki, bələdiyyənin iyunun 28-də verdiyi icazəyə görə, 1988-ci ildə tikilən mülkün iyul ayında sadəcə, təmir edilməsinə icazə verilib. Buna zidd olaraq evin tamamilə sökülərək yenidən tikilməsinə cəhd edildiyinə görə, tikinti işləri dayandırılıb və mülkün qapısı möhürlənib. Sapanca Bələdiyyəsi tərəfindən tikintinin dayandırılaraq mülkün söküləcəyi gözlənilir.