İradə Aşumova uğursuzluğundan danışıb
“Son atəşdən sonra qolumda dözülməz ağrılar baş qaldı”
16 Avqust 2012 18:39 İdmanGüllə atıcılığı üzrə London Olimpiya oyunları iştirakçısı İradə Aşumova uğursuzluğu ilə bağlı "OLAYLAR"a danışıb. İdmançı açıqlamasında bildirib ki, uğursuzluğun başlıca səbəbi məşqçinin sözünə əməl etməməsi olub: "Güllə atıcılığı ilə bağlı mən və Zemfira daha sərrastdıq. Yeni nəsil çox gəncdir. İndi bizim ailə və digər problemlərimiz olduğundan bir sıra çətinliklər yaşayırıq. Bu problemlərin başında isə zədələr dayanır. Belə ki, mən Olimpiya oyunları zamanı da zədəli idim. Məşqçinin sözünə əməl etmədim. Ciddi hazırlıq prosesi zamanı travma daha dözülməz hal aldı". İ.Aşımova onu da qeyd edib ki, Olimpiya oyunları zamanı son atəşdən sonra onda dözülməz ağrılar baş qaldırıb: "Qolumdan elə ağrı tutdu ki, mən bu ağrıya hazır deyildim".