"Azərbaycanla oyun haqda düşünməliyik"

"Macarıstanla oyunda hesabda geri düşdük. Lakin xarakter göstərərək bərabərlik qolunu vurmağı bacardıq. Ancaq təəssüf ki, qələbə qazana bilmədik".
Qol.Az-ın məlumatına görə, bu sözləri İsrail millisinin yarımmüdafiəçisi Lior Rafaelov dünən Macarıstanla keçirilən yoldaşlıq görüşündən (1:1) sonra deyib.
Belçikanın "Brügge" klubunda forma geyinən futbolçu DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində sentyabr ayında Bakıda millimizlə keçirəcəkləri oyuna da toxunub:
"Yoldaşlıq görüşləri seçmə mərhələyə hazırlıq baxımından çox önəmlidir. Macarıstanla oyunda bütün gücümüzü ortaya qoyduq. Komanda olaraq yaxşı çıxış etdik. Artıq Azərbaycanla oyun haqda düşünməliyik. Bu oyuna da ciddi hazırlaşmalıyıq. Azərbaycanla oyunda qələbə qazanmağa çalışacağıq".
Qeyd edək ki, Azərbaycan - İsrail oyunu sentyabrın 7-də, Tofiq Bəhramov adına respublika stadionunda keçiriləcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31