"Arsenal" ulduzu ilə vidalaşdı

Milli.Az "goal.com"a istinadən xəbər verir ki, "Manchester United" "Arsenal" ilə hollandiyalı ulduz Robin van Persinin transferi üçün danışıqlara başlayıb.
Klubun rəsmi internet saytında bildirilib ki, tərəflər arasında razılaşma təmin olunub, ulduz oyunçu sağlamlıq nəzarətindən keçəndən sonra müqavilə rəsmiləşdiriləcək.
Qeyd edək ki, "Arsenal" ilə gələcək mövsüm bitəcək olan müqaviləsini uzatmayacağını açıqlayan Van Persini "Manchester City" və "Juventus" da transfer etmək niyyətində idi.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31