Mariya Stadnik: "Mənə inanan insanlara təşəkkür edirəm"
15 Avqust 2012 20:13 İdman"Böyük zəhmət, ağır məşqlər hesabına qazandığım olimpiya medalına görə Azərbaycanın bütün idman azarkeşlərinə, mənə inanan insanlara təşəkkür edirəm. London Olimpiadasında əldə etdiyim nəticəyə Azərbaycanda verilən yüksək qiymət məni hədsiz sevindirir". Bu sözləri London Yay Olimpiya Oyunlarında qadın güləşçilərin yarışında 48 kq çəki dərəcəsində Azərbaycan yığmasına gümüş medal qazandırmış Mariya Stadnik jurnalistlərə müsahibəsində deyib.Özünün idman gələcəyini Azərbaycandan kənarda təsəvvür etməyən Ukrayna əsilli idmançı bundan sonra da məşqləri davam etdirəcəyini və gələcək yarışlarda daha yüksək pilləyə qalxacağını bildirib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31