Azərbaycanlı olimpiya çempionu mükafatını zəlzələdən ziyan çəkmiş soydaşlarımıza bağışladı
15 Avqust 2012 16:41 İdmanLondon olimpiadasında qızıl medal qazanan İran güləşçisi, milliyətcə azərbaycanlı olan Hamid Mohammad Sourian qazandığı mükafatı Güney Azərbaycanda bir neçə gün əvvəl baş vermiş zəlzələdən ziyan çəkmiş soydaşlarımıza bağışlayıb.Qol.Az-ın ANN.Az-a istinadən verdiyi məlumata görə, yunan-Roma güləşçisi Hamid Mohammad Sourian 55 kq çəki dərəcəsində finalda məhz Azərbaycan təmsilçisi Rövşən Bayramovu məğlub etmişdi. Londondakı Azərbaycan "derbisi"nin nəticəsində Rövşən gümüş, Hamid qızıl medal qazanmışdı.Qeyd edək ki, iki gün əvvəl İranın yunan-roma güləşi üzrə 96 kiloqram çəkidə olimpiya çempionu, milliyətcə azərbaycanlı Qasem Rezai də qızıl medala görə pul mükafatını Güney Azərbaycanda zəlzələdə zərər çəkənlərə yardım fonduna bağışlamışdı.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31