Saypulla Absaidov: "Qızıl medalçılarımızın sayı daha da artacaq"
15 Avqust 2012 16:08 İdman"Bu gün böyük bayramdır". "Azərbaycan olimpiyaçılarının London Yay Olimpiya Oyunlarında qazandıqları 10 medalın 7-si eyni idman növündə əldə edilmişdir. Bu, ölkəmizin idman tarixində ən güclü çıxışdır. On dəfə artıq zəhmət çəkmək lazımdır ki, Rio-de-Janeyroda bu rəqəmi 15-ə çatdıraq. AzərTAc xəbər verir ki, bu sözləri avqustun 15-də sərbəst güləş üzrə Azərbaycan yığma komandasının baş məşqçisi Saypulla Absaidov jurnalistlərə müsahibəsində demişdir. Baş məşqçi bildirmişdir: "Azərbaycan azarkeşləri bizi maraqla izləyirdilər. Azərbaycanda belə azarkeşlər varsa, şübhəsiz, ölkəmizdə idman daha da inkişaf edəcək, gənclik bu istiqamətdə tərbiyələnəcək və qızıl medalçılarımızın sayı daha da artacaqdır".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31