Olimpiada qəhrəmanlarını belə qarşıladıq

Azərbaycanı XXX Yay Olimpiya oyunlarında təmsil edən idmançılar bu gün səhər saatlarında vətənə dönüblər. Heydər Əliyev adına Hava limanında idmançıları rəsmi şəxslər, ictimaiyyət nümayəndələri, idmançıların yaxınları və azarkeşlər qarşılayıblar. Qarşılanma mərasimindən sonra idmançılar Ümummilli liderin adını daşıyan sarayın qarşısındakı parkda qoyulan abidəsini ziyarət edərək, əklil qoyublar. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31