"...artıq getmək vaxtıdır"
İngiltərənin "Aston Villa" klubunun qapıçısı Şey Given İrlandiya millisindəki karyerasına son qoyduğunu açıqlayıb
14 Avqust 2012 14:45 İdmanQol.az-ın "Goal.com"a istinadən verdiyi məlumata görə, 32 yaşlı qapıçı artıq milli komanda ilə vidalaşmağın zamanı olduğunu bildirib: "İrlandiya millisində oynadığım 16 il mənim üçün qürur mənbəyidir. Bu formanı hər zaman şərəflə daşımışam. Təbii ki, ayrılıq qərarını vermək mənim üçün asan olmadı. Ancaq düşünürəm ki, artıq getmək vaxtıdır. Bununla belə, həyatım boyunca milli komandaya dəstək olmağa çalışacağam. Milli komandadakı yoldaşlarıma, məşqçilərə və azarkeşlərimə təşəkkür edirəm". Qeyd edək ki, 1996-cı ildən İrlandiya millisinin şərəfini qoruyan Given bu komandanın heyətində 125 oyun keçirib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31