"Mançester Siti" müdafiəsini gücləndirir
14 Avqust 2012 12:04 İdmanİngiltərənin "Mançester Siti" klubu yeni mövsüm öncəsi ilk transferini həyata keçirib. Qol.Az-ın "Daily Mail"ə istinadən verdiyi məlumata görə, "şəhərlilər" "Everton"un yarımmüdafiəçisi Cək Rodveli heyətə qatıblar. Son İngiltərə çempionu 21 yaşlı futbolçunun keçidi üçün qarşı tərəfə 15 milyon funt-sterlinq ödəyib. Rodvel ötən gün tibbi müayinədən keçdikdən sonra "Mançester Siti" ilə rəsmi müqavilə imzalayıb. Qeyd edək ki, Rodvel "Mançester Siti"də Qaret Barri, Naycel de Yonq və Yaya Ture kimi futbolçularla rəqabət aparmalı olacaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31