Gəlirlər! Avqustun 15-i saat 07.35-də...
Olimpiadadan qayıdan idmançılarımızın qarşılanma mərasimi olacaq
14 Avqust 2012 11:29 İdmanModern.az saytının verdiyi məlumata görə, London Olimpiadasına getmiş Azərbaycan idmançıları sabah səhər vətəndə olacaqlar. Gənclər və İdman Nazirliyinin mətbuat katibi Səmayə Məmmədova saytımıza bildirib ki, London-Bakı reysi ilə uçan nümayəndə heyətimizin təyyarəsi avqustun 15-də səhər saat 07.35-də Heydər Əliyev adına hava limanina enəcək. Hava limanında qarşılanma mərasimi olacaq.Qeyd edək ki, London olimpiadasında olimpiyaçılar 302 dəst medal uğrunda mübarizə aparıblar. Müxtəlif əyarlı 962 medalı 85 ölkənin idmançıları qazanıb. Oyunların yekunlarına görə ABŞ olimpiyaçıları London-2012-nin qalibi oldular. Çin ikinci, Böyük Britaniya isə üçüncü yerləri tutdu.Azərbaycana gəlincə, idmançılarımız 2 qızıl, 2 gümüş və 6 bürünc medalla Olimpiadanı 30-cu yerdə başa vurdular.