Afrikalı idmançıları olimpiadanın gedişi zamanı yoxa çıxıb
14 Avqust 2012 11:10 İdman
2012-ci il London olimpiadasının gedişi zamanı Afrikanın bir sıra ölkəsinin idmançıları yoxa çıxmışlar. Konqo Demokratik Respublikasının cüdo üzrə idmançısı rusiyalı həmkarı ilə görüşündən sonra görünməmiş, hətta onun əl telefonuna edilən zənglərə belə cavab verməmişdir. Ölkənin cüdo, boks və atletika üzrə məşqçiləri də yoxa çıxmışlar. Onların dördü də öz yükləri ilə bərabər olimpiada kəndini oyunların sonuna bir gün qalmış tərk etmişlər. Britaniya tərəfi qeyb olan idmançlar barədə məlumat verməkdən boyun qaçırmışdır. Olimpiada rəsmiləri Afrika qitəsinin digər ölkəsinin-Kamerunun beş boksçusunun, bir üzgüçüsünün və bir futbolçusunun da yox olduğunu bəyan etmişlər. Kamerun hökuməti olimpiada təşkilat komitəsindən iqtisadi səbəblərə görə Avropada qalmağı qərara alan idmançılarının tapılmasında köməklik göstərməyi xahiş etmişdir. AzərtTac
ir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31