Olimpiada-2012: 111 yeni rekord

2012-ci il London Yay Olimpiya Oyunlarında 111 yeni rekord müəyyənləşib.Lent.az-ın məlumatına görə, olimpiadada 33 dünya, 78 olimpiya rekordu qırılıb.Ən çox - 31 rekord ağırlıqqaldırma növündə qeydə alınıb. Bu göstəricidə sonrakı yerləri üzgüçülük (30) ikinci, velosiped idmanı (18), atletika (15), atıcılıq (10), oxatma (5) və müasir çoxnövçülük (2) tutub. Dünya rekordları arasında ən çoxu (hərəyə 9) ağırlıqqaldırma və üzgüçülüyün payına düşüb. Rekord sayında növbəti pillələrdə velosiped idmanı (8), atletika (4), oxatma (2) və atıcılıq (1) sonrakı yerlərdə qərarlaşıb

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31