Olimpiada-2012: Çempion qızıl medalından məhrum edildi

Belaruslu nüvə itələyən Nadejda Ostapçuk 2012-ci il London Yay Olimpiya Oyunlarında qazandığı qızıl medaldan məhrum edilib.Lent.az-ın məlumatına görə, Beynəlxalq Olimpiya Komitəsi (İOC) 32 yaşlı idmançının orqanizmindən metenolonun tapıldığını xəbər verib.Bu maddə 2012-ci ildən istifadəsi qadağan olunmuş dərmanlar sırasına daxil edilib. İOC-un qərarı ilə Ostapçukun qızıl medalı ikinci yeri tutmuş yeni zelandiyalı Valeriya Adamsa verilib. Rusiyalı Yevgeniya Kolodko gümüş, çinli Lijiao Qonq bürünc medala layiq görülüb.Bununla da Belarus 2 qızıl, 5 gümüş, 5 bürünc medalla ümumi sıralamada 27-ci pilləyə enib. Yeni Zelandiya 6 qızıl, 3 gümüş, 5 bürünc medalla 15-ci pilləyə yüksəlib. Rusiya 24 qızıl, 26 gümüş, 33 bürünc medalla 4-cü, Çin 38 qızıl, 27 gümüş, 23 bürünc medalla 2-ci pillədə qalıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31