UEFA kuboku: Azərbaycan klubunun son rəqibi kimdir?

Futzal üzrə UEFA kubokunun əsas mərhələsində mübarizə aparacaq təmsilçimiz "Araz" klubunun son rəqibi də müəyyənləşib. Trend-in AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, bu, ilkin seçmə mərhələnin C qrupunda birinci yeri tutmuş İrlandiyanın EID Futsal komandasıdır. Xatırladaq ki, bu il iyulun 4-də İsveçrənin Nyon şəhərində təşkil olunmuş püşkatma mərasimində "Araz"ın futzal üzrə UEFA kubokunun əsas mərhələsinin 6-cı qrupunda çıxış edəcəyi müəyyənləşmişdi. Beləliklə, 6-cı qrupda "Araz" Hollandiyanın "Eyndhoven", Macarıstanın "Györ" və İrlandiyanın EID Futsal klubları ilə mübarizə aparacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31